Azərbaycanda bu ilin yanvar-may aylarında əmlak sığortası növlərinin hesabına 63 milyon 114 min manat sığorta haqqı toplanılıb.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 10,9% çoxdur.
Hesabat dövründə əmlak sığortası növləri üzrə ödənişlər isə 14,2% azalaraq 8 milyon 132 min manata enib.