Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycanda fəaliyyət göstərən həyat sığorta şirkətləri ilə çirkli pulların yuyulmasına qarşı tədbirlərə başlayıb.
Fins.az xəbər verir ki, bBu barədə APA-nın sorğusuna cavab olaraq AMB-dən bildirilib.
Qurumdan əlavə ediblər ki, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununda monitorinq iştirakçılarına, o cümlədən sığorta şirkətlərinə münasibətdə aidiyyəti tələblər nəzərdə tutulub. Bununla yanaşı, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin "Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair" Tələblər ilə də müvafiq sahədə həyata keçirilməli olan tədbirlər müəyyən edilib.