SIĞORTA

10 İyun

Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə görüş -NƏLƏR MÜZAKİRƏ EDİLİB?

Mərkəzi Bankda ölkədə həyat sığortası sahəsi üzrə fəaliyyət göstərən sığorta və təkrarsığorta şirkətlərinin rəhbərləri ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda görüş keçirilib.

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb. 

Məlumata görə, görüş zamanı Mərkəzi Bank tərəfindən həyat sığortası sahəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması risklərinə, praktiki nümunələrinə, xüsusi indikatorlarına və bu sahədə qanunvericiliyin tələblərinə dair geniş məlumat verilərək, sözügedən istiqamətdə daxili nəzarət sistemlərinin davamlı təkmilləşdirməsi məsələləri ətrafında müzakirə aparılıb.