SIĞORTA

09 İyun

“Azərbaycan Sənaye Sığorta”nın rəhbərliyinə yeni təyinatlar olub

“Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinə yeni təyinatlar olub.

Məlumata görə, Fərid Abdurrəhmanov şirkətin İH-nin üzvü, Elçin Əsədzadə isə şirkətin maliyyə departamentinin rəhbəri və İH-nin üzvü seçilib.

Bununla bağlı qərar sığorta şirkətinin səhmdarlarının ümumi yığıncağında verilib.

Qeyd edək ki, F. Abdurrəhmanov həm də sığorta şirkətinin biznesin inkişafı departamentinin rəhbəridir. E. Əsədzadə isə bundan əvvəl “Azərbaycan Sənaye Sığorta”nın məsul aktuarisi olub.

(c)APA