SIĞORTA

27 May

Azərbaycanda həyatın yaşam sığortası üzrə ödənişlər  3,4 dəfə azalıb

2022-ci ilin yanvar aprel ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 28 milyon 352,5 min manat, həyatın yaşam sığortası 29 milyon 132,6 min manat və könüllü tibbi sığorta 25 milyon 484,1 min manat üzrə daha çox ödəniş həyata keçiriblər.

"Fins.az" xəbər verir ki, yanvar-aprel aylarında həyatın yaşam sığortası üzrə ödənişlər 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə azalıb.

Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 88,8%-ni təmin edib.

Müəllif:Aynur Qəniyeva