SIĞORTA

24 May

Sığorta şirkətlərinin ümumi sığorta haqları üzrə yığımı 5.8% ARTIB

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 358 milyon 771,1 min manat təşkil edib.

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumata görə,bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,8% çoxdur. Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 20.4% artaraq  267 milyon 745 min manat təşkil edib. Könüllü sığorta növləri üzrə sığorta haqları bazar üzrə bütün sığorta haqlarının 74,6%-ni təşkil edib.