SIĞORTA

20 May

“Qala Sığorta” böyüməkdə davam edir.

Əvvəlki illərdə olduğu kimi 2022-ci ildə də sürətlə inkişaf edən Qala Sığortanın cari il üçün qarşısına qoyulan hədəflərdən biri də regional xidmət şəbəkəsinin genişləndirilməsi öhdəliyi idi. Şirkət bu hədəfi reallaşdırmaq istiqamətində cari ilin may ayının 20-dən etibarən  müştərilərinə Kürdəmir rayonunda yeni açılmış nümayəndəlik vasitəsilə xidmət göstərməyə başladı.

Şirkətin Kürdəmir rayonunda açılmış nümayəndəliyi sözügedən rayondan başqa Yevlax, Mingəçevir, Ağdaş, Ucar, Göyçay, Zərdab rayonlarını da əhatə edərək, müxtəlif növ sığorta məhsullarının istehlakçılara əlçatanlığını təmin etməklə yanaşı, bu bölgədə əhalinin sığorta sahəsində maarfilənməsi kimi vacib funksiyanın icra olunmasında fəal iştirak etmiş olacaq.

Bununla da cəmiyyət hüquqi aktların Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanına uyğunlaşdırılması çərçivəsində”İcbari Sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblərin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2022-ci il 4 fevral tarixli 04/1 nömrəli  Qərarından irəli gələn tapşırığı yerinə yetirmiş olur. Şirkət, eyni zamanda bu addımla regionaların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində məşğulluğun artmasına da öz töhfəsini verəcəkdir.

“Qala Sığorta” ASC-nin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, yeni nümayəndəlik üçün ofis binasının seçilməsi və onun təmir olunması zamanı əməkdaşlarının gələcəkdə artması ehtimalı da nəzərə alınaraq, əmək qanunvericiliyinin tələbləri ilə yanaşı, onların iş şəraitinin müasir standartlara uyğunlaşdırılması da planlaşdırılıb.

Nümayəndəliyin ofis binasında müştərilərin rahat formada qəbulu və onlara keyfiyyətli xidmətin göstərilməsi də öncədən düşünülmüşdür. Əlavə olaraq, ofis tam şəkildə yeni mebel və avadanlıqlarlarla təchiz olunmuşdur ki, bu da bölgədə işçilər və müştərilərin ofisdə olduqları müddətdə onların rahatçılığını təmin edəcək.

Xatırladaq ki, cəmiyyət 2015-ci ildə yenidən təşkil olunaraq “Qala” brendi altında yeni satış strategiyası ilə müasir sığorta bazarının tələblərinə uğurla inteqrasiya edir və  hal-hazırda, yeni ofislə  birgə müştərilərinə 1 filial və 11 regional nümayəndəlik vasitəsi ilə xidmət göstərir.

Ətraflı məlumat üçün İctimaiyyətlə əlaqələr xidməti ilə əlaqə saxlaya bilərsiniz

“QALA Sığorta” ASC
Yasamal rayonu, Azərbaycan pr-ti, məhəllə 221.

Tel: (+994 12) 377 10 10