SIĞORTA

19 May

LPO ASC“Standard Insurance” sığorta şirkətinin əmlaklarının satışı ilə bağlı hərrac keçiriləcək

 Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil onların ümumilikdə satış qiyməti olan 875 000 (səkkiz yüz yetmiş beş min ) manata təkrar açıq hərraca çıxarılacaq.

"Fins.az" xəbər verir ki, hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 27 may 2022-ci ildə saat 11:00-da (növbəlilik qaydasında) keçiriləcək.

Hərracda iştirak üçün satış qiymətinin 1%-i, yəni 8 750 ( səkkiz min yeddi yüz əlli ) manat məbləğində beh ödənilməlidir.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb.

Hərrac barədə daha ətraflı məlumatla aşağıdakı linkde tanış ola bilərsiniz:

//e-herrac.com/advertisement/dasinmaz-emlak/menzil/aciq-herracin-kecirilmesine-dair-elan-42

Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.

Xatırladaq ki, əmlak ilkin olaraq 2.000.000 (iki milyon) manata şatışa çıxarılıb.