SIĞORTA

05 May

ASA-da Bakı Ekspertiza Mərkəzinin rəhbəri ilə görüş-ƏMƏKDAŞLIĞIN MÜZAKİRƏSİ

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev ilə Bakı Ekspertiza Mərkəzinin İcraçı direktoru İlkin İbrahimov arasında görüş keçirilib.
"Fins.az" xəbər verir ki,görüşdə Mərkəz haqqında məlumat verən İlkin İbrahimov, sektorda ekspertiza ilə bağlı mövcud boşluğun doldurulmasını başlıca məqsəd olaraq müəyyən etdiklərini bildirib. Qeyd olunub ki, Azərbaycan Mərkəzi Bankının reyestrinə daxil edilmiş Mərkəz, artıq yerli sığorta bazarı iştirakçılarının əksəriyyəti ilə əməkdaşlıq qurub. İ.İbrahimov, mərkəzin, baş verən sığorta hadisələri ilə bağlı qiymətləndirmə, rəy vermə və araşdırma funksiyalarına sahib olduğunu vurğulayıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev, Mərkəzin fəaliyyətinin qeyd olunan istiqamətlər üzrə təşkil edildiyinin sevindirici hal olduğunu qeyd edib. ASA-nın İcraçı direktoru bildirib ki, ixtisaslaşmış bu Mərkəzin fəaliyyəti növbəti mərhələdə sektorun üzləşdiyi dələduzluq hallarının qarşısının alınmasına da xidmət göstərə bilər.
Sığorta dələduzluğu ilə mübarizə və ekspertizada şəffaflığın təmin olunması istiqamətləri üzrə növbəti mərhələdə qurula biləcək qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilərək qurumlar arasında razılıq əldə olunub.