SIĞORTA

02 May

Ötən il icbari tibbi sığorta üzrə ən çox müraciət olunan xəstəliklər açıqlanıb

“2021-ci ildə 4 053 636 nəfər icbari tibbi sığortadan istifadə edib. Ümumilikdə isə 10 milyon 348 min 289 nəfər icbari sığortaya müraciət edib”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev qurumun ötən il üzrə fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib.

Onun sözlərinə görə, 2021-ci ildə 27 özəl tibb müəssisəi ilə müqavilə olub.

Z.Əliyev bildirib ki, ən çox müraciət edilən xəstəliklər bunlardır: “Ümumi tibbi müayinə, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, həzm sistemi xəstəlikləri, sidik-cinsiyyət sistemi xəstəlikləri, sümük və əzələ sistemi xəstəlikləri, mamalıq və ginekologiya, sinir sitemi xəstəlikləri”.