Bu ilin yanvar-mart aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 258,425 milyon manat məbləğində sığorta haqqı yığılıb.
"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumata görə,bu göstərici ötən ilin müvafiq dövrü ilə müqaisədə 3,8% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 61,228 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqaisədə 2,4 dəfə azdır.
Müəllif: Aynur Qəniyeva