SIĞORTA

22 Aprel

A-Qroup sığorta haqları yığımında yenə dən artım nümayiş etdirdi

26 ildən artıq Azərbaycan sığorta bazarında uğurlu fəaliyyət göstərən A-Qroup 2022-ci ilin birinci rübünə olan nəticələri açıqlayıb.

Bu ilin üç ayının maliyyə hesabatına görə sığorta haqlarının həcmi 4 862 827,56 AZN təşkil edərək keçən ilki hesabat dövrü ilə müqayisədə 752 246,93 AZN çox olmuşdur və bu da müqayisədə 18% artım deməkdir.

2022-ci ilin birinci rübündə A-Qroup-un sığortalıları 2 667 971,72 AZN məbləğində ödəniş  almışlar. Ödənişlərin böyük qismi könüllü tibbi sığortanın payına düşərək 2 495 898.99 təşkil etmişdir. Ortalama olaraq A-Qroup 2018-ci ilin birinci rübündə hər gün müştərilərinə 28 000 AZN məbləğində ödəniş həyata keçirmişdir.

Hesabat dövrünün nəticələri şirkətin sabit müsbət dinamikasını nümayiş etdirir.

A-Qroup dünya standardlarına cavab verən, müştərilərinin qayğısına qalan və onlara yüksək ixtisaslı xidmətlə təmin edən şirkət olaraq qalmaqdadır.

Xatırlatmaq istərdik ki, A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 26 ildir ki, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə genişçeşidli sığorta məhsulları təqdim edərək 14 növ könüllü və 3 icbari sığorta növü üzrə yüksək ixtisaslı xidmətlər təqdim edir.