SIĞORTA

21 Aprel

İcbari Sığorta Bürosundan məlumatların oğurlanması xəbəri ilə bağlı AÇIQLAMA

İcbari Sığorta Bürosunun sistemi işlək vəziyyətdədir və gündəlik iş rejimində fəaliyyət davam etdirilməkdədir.

"Fins.az" xəbər verir ki,bu barədə İcbari Sığorta Bürosu məlumat yayımlayıb.

Məlumata görə sistemin təkmilləşdirilməsi ilə əlaqədar mütəmadi tədbirlər həyata keçirilməkdədir.

Bəzi xəbər qaynaqlarında çıxan məlumatlarla əlaqədar olaraq araşdırmalar davam etdirilir. Nəticə barədə ictimayətə əlavə məlumat veriləcək.

Müəllif: Aynur Qəniyeva