SIĞORTA

06 Aprel

42 sığorta agentinin lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) 41 fiziki şəxsə və 1 hüquqi şəxsə ("Sizin Sığorta Agentliyi" MMC) sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.

"Fins.az"xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb. 

Məlumata görə, lisenziyası ləğv olunan şəxlərdən 35 fiziki şəxsin lisenziyası, “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq könüllü müraciət əsasında, 6 fiziki və 1 hüquqi şəxsin lisenziyası isə yol verilmiş nöqsanların müəyyən edilmiş müddətdə aradan qaldırılmadığı nəzərə alınaraq ləğv olunub.