SIĞORTA

06 Aprel

Aqrar Sigorta Fondunun əməkdaşı beynəlxalq aktuari sertifikatı alıb

Azərbaycanın maliyyə bazarlarında aktuar xidmətləri sahəsində mühüm yenilik baş verib.

Aqrar Sığorta Fondunun əməkdaşı Elvin Rzayev ABŞ Aktuarlar Cəmiyyətinin 05 yanvar 2022-ci il tarixdə British Council-da təşkil edilmiş "EXAM SRM-Statistics for Risk Modelling" beynəlxalq imtahanını müvəffəqiyyətlə keçmişdir.

Sözügedən imtahanda namizədlərin "regression models", "time series", "principal component analysis", "desicion trees and cluster analysis", "also applying methods for selecting and validating models" kimi mövzular üzrə bilikləri yoxlanılır.

Qeyd edək ki, bu ABŞ Aktuarilər Cəmiyyətinin təşkil etdiyi imtahanlar arasında Elvin Rzayevin uğurlu nəticə əldə etdiyi 3-cü imtahandır. İndiyədək E.Rzayev Maliyyə Riyaziyyatı imtahanı olan SOA Exam FM -Financial Mathematics və Qeyri Həyat sığortası riyaziyyatı imtahanı olan SOA Exam STAM - Short Term Actuarial Mathematics imtahanlarını da müəvvəfəqiyyətlə keçib. Hər üç imtahanın nəticəsi daimi xarakter daşıyır, yəni müddətsizdir.

Xatırladaq ki, peşəkar aktuari fəaliyyəti ilə məşğul olan Elvin Rzayev indiyədək bir neçə sığorta şirkətlərində, eləcə də Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında və Azərbaycan Respublikasının Mərkəzi Bankında (AMB) Sığorta Fəaliyyətinə Nəzarət Departamentində çalışıb.