SIĞORTA

06 Aprel

“Atəşgah Həyat” sığorta şirkətinin kapitalı 5,8% azalıb

“Atəşgah Həyat” sığorta şirkəti 2021-ci ildə onun gəlirləri 49 milyon 503 min 161,24 manat təşkil edib. 

"Fins.az" xəbər verir ki, bu barədə sığorta şirkətinin maliyyə hesabatında məlumat verilir. 

2021-ci ildə “Atəşgah Həyat” sığorta şirkətinin xalis mənfəəti 6 milyon 431 min 652,15 manat təşkil edib. 

Məlumata görə,2021-ci ildə şirkətin aktivləri 3,2% azalaraq  67 milyon 491,935 min manat təşkil edib.“Atəşgah Həyat” sığorta şirkətinin kapitalı 2020-ci il ilə müqaisədə 5,8% azalaraq 18 milyon 331,476 min manat olub. Hesabat dövründə şirkətin öhdəlikləri 2,1% - 49 milyon 160,459 min manatadək azalıb.

 Sözügedən dövr ərzində şirkətin sığorta şirkəti sığorta haqları 2020-ci ilə nisbətən 5.6% artaraq  44 milyon 193,828 min manat , investisiya gəlirləri 2 milyon 388,961 min manat , xalis sığorta ehtiyatlarının müsbət rəqəmi – 2 milyon 307,805 min manat təşkil edib.