SIĞORTA

06 Aprel

“Bakı Sığorta”-dan 1 milyon 800 min manata yaxın zərər

2021-ci ilin yekunları üzrə “Bakı Sığorta” şirkətinin zərəri 1 milyon 711 min 560,43 manat təşkil edib

"Fins.az" şirkətinin 2021-ci ilə dair maliyyə hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin yekunları üzrə şirkətin xalis mənfəəti 155 min 210,92 manat təşkil edib.

2021-ci ildə şirkətin aktivləri 2,3% - 12 milyon 51 min 26,13 manatadək, öhdəlikləri 1,9 dəfə – 4 milyon 197 min 286,73 manatadək artıb.

Hesabat dövründə “Bakı Sığorta”-nın kapitalı 18,3% - 7 milyon 853 min 739,4 manatadək azalıb.

2021-ci il ərzində şirkətin xalis sığorta ehtiyatlarının mənfi göstəricisi 1 milyon 980,7 min manat təşkil edib ki, bu da xərclərin azalmasına səbəb olub.