SIĞORTA

06 Aprel

“Bakı Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək

06 may 2022-ci il saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62 ünvanında yerləşən “Bakı Sığorta” ASC-nin Baş ofisində Cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

"Fins.az"xəbər verir ki,bu barədə sığorta şirkətinin elanında məlumat verilir.

Məlumata görə, iclasın gündəliyi, əlavə məlumat, o cümlədən yığıncağın gündəliyi üzrə materiallarla tanış olmaq üçün “Bakı Sığorta” ASC-yə (Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62 ünvanında yerləşən “Gülüstan Residence” Kompleksinin 2 saylı binasının 3-cü mərtəbəsində), həmçinin 969 telefon nömrəsi vasitəsilə müraciət edilə bilər.