SIĞORTA

05 Aprel

Milli Məclisdə icbari tibbi sığorta ilə bağlı dinləmə keçiriləcək

“Azərbaycanda çox uğurlu formada iqtisadi siyasət həyata keçirilir. Bu gün bizim üçün əsas məsələlərdən biri iqtisadi artım və sosial məsələlərin həllidir”.

Bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

“Bu yaxınlarda bizim komitədə iclasımız oldu. Bu gün bəzi ticarət mərkəzlərində vaxtı keçmiş qida məhsulları satılır. Buna nəzarət daha da yüksək olmalıdır”, - o, vurğulayıb.

Onun sözlərinə görə, bəzi tələbələrin xaricdən ölkəyə gəlməsinə də köməklik etmək lazımdır:

“Bir də xahiş edirəm ki, icbari tibbi sığorta ilə əlaqədar dinləmə keçirilsin”.

Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, belə bir dinləmə keçiriləcək.