“Günay Sığorta” ASC 2021-ci ili 1 milyon 125 min manat xalis zərər ilə başa vurub.
Fins.az xəbər verir ki, bu barədə şirkətin 2021-ci il üçün maliyyə hesabatında məlumat verilib.
“Günay Sığorta” ASC uzunmüüdətli aktivləri 906 min 296,08 manat və ya 3.8% azalaraq 6 milyard 526 milyon 185.39 min manat təşkil edib.
Hesabat dövründə “Günay Sığorta”nın cəmi öhdəlikləri 7 milyard 481 milyon 709,39 min manat təşkil edib ki, bu da ötən il ilə müqaisədə 713 min 124,37 manat və ya 0.5% artımın göstəricisir.
Ötən il “Günay Sığorta”nın cəmi əməliyyat gəlirləri 10 milyon 378 min manat, cəmi əməliyyat xərcləri 11 milyon 503 min manat təşkil edib. 2020-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 9 milyon 254 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 730 min manat olub.