SIĞORTA

01 Aprel

Yeni sədrin “Azərsığorta”nın 9 filialını ləğv etdiyi bildirilir

Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) 9 rayon filialının ləğv edildiyi bildirilir.

“Məlumata görə, bununla bağlı şirkətin İdarə Heyətinin martın 16-da keçirdiyi iclasda qərar verilib.

İdarə Heyətinin sədri Fərhad Adıgözəlov əmr imzalayaraq şirkətin Daşkəsən, Mingəçevir, Cəbrayıl, Qubadlı, Tərtər, Ağsu, Yardımlı, İmişli və Quba rayon filiallarını 01 aprel 2022-ci il tarixindən ləğv edib.

Qeyd edək ki, F. Adıgözəlov ötən ilin dekabrında Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Sığorta Kommersiya Şirkətinə sədr təyin edilib.

(c)Qafqazinfo