SIĞORTA

31 Mart

“PAŞA Həyat Sığorta”-nın kreditor borcları 41,9% azalıb -MALİYYƏ HESABATI

“PAŞA Həyat Sığorta” ASC 2021-ci ili 17 milyon 714 min manat xalis mənfəət ilə başa vurub. 

"Fins.az"xəbər verir ki,şirkət ötən il sığorta ehtiyatının yaradılmasına gəlirlərindən 43 milyon 500 min manat ayırıb

"PAŞA Həyat Sığorta"nın sığorta ödənişləri 2021-ci ildə 204 milyon 973 min manat təşkil edib. Hesabat dövründə "PAŞA Həyat Sığorta"nın investisiya gəlirləri 22 milyon 145 min manat təşkil edib

"PAŞA Həyat Sığorta"nın  2021-ci il ərzində cəmi uzunmüddətlin aktivləri  268 milyon 224 min 234,79 manat təşkil edib ki, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqisədə 35 milyon 406 min 591,66 manat və ya 15.2% artıb.
Şirkətin kreditor borcları 2021-ci ilə ərzində kəskin yəni 44 milyon 903 min 7.92 manat azalaraq 4 milyon 767 min 209,34 manat təşkil edib.