SIĞORTA

29 Mart

“Qala Həyat Sığorta"-nın cəmi kapitalı və uzunmüddətli aktivləri azalıb -HESABAT

“Qala Həyat Sığorta" ASC 2021-ci ili 4 milyon 741 min milyon manat xalis mənfəətlə başa vurub.

"Fins.az" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 2 milyon 552 min manat və ya 16,5 % çoxdur

Ötən il “Qala Həyat Sığorta"nın cəmi əməliyyat gəlirləri 19 milyon 351 min manat, cəmi əməliyyat xərcləri 13 milyon 205 min manat təşkil edib. ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqaisədə 1 milyon 857 min manat və ya 0.6% çoxdur.

Hesabat dövründə“Qala Həyat Sığorta" ASC-nin  cəmi əməliyyat xərcləri 13 milyon 205 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisinə nisbətən 1 milyon 31 min manat və ya 0.9% azdır.

Sığorta şirkəti 745 min manat mənfəət vergisi ödəmələri ödəyib ki, bu da  2020-ci il ilə müqaisədə  45 min manat və ya 6.04% azdır.

Bu il yanvarın 1-nə “Qala Həyat Sığorta"nın cəmi uzunmüddətli aktivləri 16 milyard 573 milyon 341,3 min manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqaisədə 1 milyard 12 milyon 254,24 min manat azdır. 

Hesabat dövründə “Qala Həyat Sığorta" ASC cəmi aktivləri 45 milyard 630 milyon 651,28 min manat təşkil edib ki,bu da 2020-ci ilin sonuna olan göstərici ilə müqaisədə 6 milyard 709 milyon 968,55 min manat çoxdur.

“Qala Həyat Sığorta" ASC-nin cəmi kapitalı 2021-ci ildə 23 milyard 418 milyon 792.17 min manat təşkil edib ki, bu da 2020-ci ilin sonuna olan göstərici ilə müqaisədə 2 milyard 851 milyon 44,4 min manat azdır 

Şirkətin cəmi uzunmüddətli öhdəlikləri 2020-ci ilə nisbətən 1 milyard 14 milyon 606,19 min manat  artaraq 12 milyard 492 milyon 484,46 min manat təşkil edib.

“Qala Həyat Sığorta" ASC-nin cəmi öhtəlikləri bir əvvəlki ilə nisbətən 8 milyard 968 milyon 924,15 min artaraq 22 milyard 211 milyon 859,11 min manat  təşkil edib. 

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i "Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.