SIĞORTA

23 Mart

Ötən il sığorta ödənişləri 459 milyon manat olub

2021-ci ildə sığorta sektorunda effektiv tənzimləmə və nəzarətin təmin edilməsi tədbirləri davam etdirilib.

Fins.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatında bildirilir.

Ötən il sektor üzrə ümumi sığorta haqları 844 milyon manat, sığorta ödənişləri isə 459 milyon manat təşkil edib. Əvvəlki illə müqayisədə sığorta haqları 15,8 faiz (115 milyon manat) artıb, sığorta ödənişləri isə 1,4 faiz (6,4 milyon manat) azalıb.