PAŞA Sığorta avtomobil sahiblərini sevindirəcək “Baharın Uğur Çarxı” kampaniyasına start verir. Yeni bahar kampaniyasına əsasən Tam KASKO sığortası əldə edən fərdi müştərilər təsadüfi seçim nəticəsində 200 AZN-dək hədiyyə kartı və ya sığorta haqqına endirim imkanı qazana biləcək.
Belə ki, 500 AZN və daha çox sığorta haqqına malik Tam KASKO sığortası əldə edən müştərilərə təsadüfi hədiyyə seçimini həyata keçirmək üçün xüsusi “Uğur Çarxı” rəqəmsal interfeysi təqdim ediləcək. Bu interfeysə daxil olmaqla, müştərilər tələb olunan məlumatları daxil edib uğur çarxını fırlatmaqla təsadüfi seçimlə müəyyənləşən hədiyyəyə sahib olacaqlar.
Kampaniya şərtlərinə əsasən, 500-2500 AZN sığorta haqqına malik Tam KASKO müştərilərinə təsadüfi seçim üçün çarxın üzərində 100 AZN nominallı Azpetrol, Bravo hədiyyə kartları və 100 AZN endirim fürsəti, 2500 və daha çox sığorta haqqına malik müştərilərə isə təsadüfi seçim üçün çarxın üzərində 200 AZN nominallı hədiyyə kartları və 200 AZN endirim imkanı təqdim olunacaq. Kampaniya yeni və ya zərərsiz tarixçəyə malik yeniləmə müştərilərə şamil edilir.
Tam KASKO əldə edən müştərilər hissəvi ödəniş imkanı ilə avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, təbii fəlakət və bir sıra digər risklərə qarşı avtomobilini təminat altına almış olacaqlar.
Kampaniya 30.04.2022 tarixinədək qüvvədə olacaq.
KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook və Instagram sosial media hesablarına göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.
Qeyd etmək istərdik ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.