“Azərsığorta” Dövlət Sığorta Şirkəti müştərilərinin rahatlığını təmin etmək üçün Novruz bayramı ilə bağlı ölkədə elan edilən qeyri-iş günlərində də xidmət göstərəcək.
Şirkətin Mətbuat xidmətindən verilən məlumata görə, bayram günləri olmasına baxmayaraq vətəndaşlar həmişə olduğu kimi, şirkətin müvafiq sığorta xidmətlərindən yararlana biləcəklər.
Bayram günlərində müştərilər sığorta hadisələri, eləcə də digər müraciətlərlə bağlı “Azərsığorta” şirkətinin 24/7 rejimində fəaliyyət göstərən “Çağrı Mərkəzi”nə zəng edə bilərlər.
Əlaqə nömrələrimiz:
“Çağrı Mərkəzi” - *1200
Mobil: (+994) 51 505-12-00 (whatsapp)