SIĞORTA

16 Mart

Türk Dövlətləri Təş­kilatı çərçivəsində Sığorta Birliyi Fede­rasiyası yaradılacaq

Türkiyə Sığortaçılar Birliyinin sədri Atilla Benli deyib ki, Azərbaycan və Türk­iyə arasında sığorta sahəsində yaşıl ka­rt sistemlərinin int­eqrasiyası üzrə əmək­daşlıq protokolu sa­xta yaşıl kartların qarşısını almaqla ya­naşı, həmin prosesi daha da sadələşdirə­cək.

O gələcək layihələr barədə ətraflı məlumat verərək "Azərbaycanla birgə layihələrimiz bunun­la məhdudlaşmır. Tür­kiyənin sığorta sahə­sindəki təcrübələrini Azərbaycanla payl­aşırıq. Daha sonrakı mərhələdə isə Türk Dövlətləri Təşkilatı çərçivəsində Sığor­ta Birliyi Federasiy­ası yaratmağı planla­şdırırıq. Hazırda bununla bağlı müzakir­ələr gedir. Yaxın mü­ddətdə türk dövlətlə­ri ilə daha koordin­asiyalı şəkildə fəal­iyyət göstərəcəyik,"-deyə bildirib.