SIĞORTA

14 Mart

Ziya Əliyev: Gələn ildən ehtibarən sığorta sektorunda yeni strategiyanın həyata keçirilməsinə başlanılacaq

Azərbaycan hazırda iqtisadi inkişafın yeni bir mərhələsinə qədəm qoyur.Yeni islahatlar zərfi hazırda hökümətdədir.Gələn ildən ehtibarən sığorta sahəsində strategiyanın həyata keçirilməsinə başlanılacaq.

“Fins.az” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev çıxış məlumat verib.

Onun sözlərinə görə, “Yaşıl Kart”strategiyası 5 əsas istiqaməti əhatə edir ilk növbədə İcbari Sığorta qanunlarının,könüllü sığortanın islahatı və bu bazarın üstünlükləri barədə maarifləndirmənin təşkili, sığorta sektorunun rəqəmsallaşdırılması,sığorta sektorunun bazar infrastrukturunun inkişafı sığorta vasitəçiliyinin və mübahisələrin həlli mexanizmlərinin inkişafı və sığorta sahəsində tənzimləmə və çərçivələrini inkişaf etdirilməsi.Bütün bu istiqamətlərin inkişafı üçün müəyyən addımlar atılacaq.

Ziya Əliyev deyib ki, Azərbaycan hazırda iqtisadi inkişafın yeni bir mərhələsinə qədəm qoyur.Yeni islahatlar zərfi hazırda hökümətdədir.Gələn ildən etibarən bu strategiyanın həyata keçirilməsinə başlanılacaq.