Bu günə olan əsas prioritet ənənəvi məhsulların bazarını genişləndirməkdir
Bunu "Fins.az"-a Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev deyib.
O bildirib ki, mövcud ənənəvi sığorta məhsulları var və AMB-nin məqsədi o sığorta məhsullarını genişləndirməkdir.
"Daha çox ev təsərrüfatının, daha çox ailənin, daha çox şəxsin, daha çox bizneslərin mövcud ənənəvi sığorta məhsullarını almaqla risklərini sığorta təminatına ala bilər. Bizim məqsədimiz bunu genişləndirməkdir", - o bildirib.
"Yeni məhsullar iqtisadiyyat inkişaf elədikcə, risklər mürəkkəbləşdikcə yeni məhsullara ehtiyac ola bilər. Lakin bu günə olan əsas prioritet ənənəvi məhsulların bazarını genişləndirməkdir," - bankın rəsmisi qeyd edib.