“Meqa Həyat” sığorta şirkəti və “Insure.az” online sığorta portalı Azərbaycanda ilk dəfə olaraq həyat sığortası üzrə tam olaraq online şəkildə əldə edilən “Ekspres Həyat” sığorta məhsulunu istifadəyə verib.
“Ekspres Həyat” sığorta məhsulu bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sığorta təminatı verir.
Məhsulun əsas üstünlükləri:
- Sığortalanmaq üçün hər hansı bir sorğu anket formasının doldurulmasına, tibbi müayinəyə ehtiyac yoxdur.
- Sığorta müqaviləsinin bağlanması cəmi 3 dəqiqə çəkir və məhsulu tam olaraq online əldə edib, online ödəmək mümkündür.
- Sığorta təminatı 24/7 və dünyanın istənilən ölkəsində qüvvədədir.
- Sığortalanmaq istəyən şəxs öz büdcənizdən asılı olaraq sığorta təminatını 3 fərqli paketdən (Ekspres, Ekspres+, Ekspres++) və 8 fərqli limitdən (1000 AZN-dən 25 000 AZN-dək) seçə bilər.
“Ekspres Həyat” sığorta məhsulunu //insure.az/heyat-sigortasi linki vasitəsi ilə əldə etmək mümkündür.
Qeyd edək ki, “Meqa Həyat Sığorta” ASC 19.02.2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş həyat sığortası üzrə sığorta xidmətləri göstərməyə icazə verən lisenziya əsasında fəaliyyət göstərir. Şirkət İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıları reyestrinə daxil edilib və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə də xidmətlər göstərir. “Meqa Həyat” sığorta şirkəti həmçinin Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçıları siyahısındadır. Şirkətin nizamnamə kapitalı 11 000 000 AZN təşkil edir və həyat sığortası üzrə aşağıdakı xidmətləri göstərir:
- İcbari Həyat Sığortası (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta)
- İnvestisiya və yığım elementli Həyatın Yaşam Sığortası (//my.megalife.az/)
- İpoteka / istehlak krediti götürən şəxslərin həyat sığortası
- Müddətli həyat sığortası
- Kritik xəstəliklərdən sığorta
Sığorta məhsulları barədə ətraflı məlumatı “Meqa Həyat Sığorta” ASC-nin rəsmi internet səhifəsindən (//megalife.az/) əldə edə bilərsiniz.