SIĞORTA

10 Mart

"Meqa Sığorta" ASC-nin aktivləri 13.1 % artıb -MALİYYƏ HESABATI

"Meqa Sığorta" ASC-nin 2021-ci ilin sonuna olan maliyyə göstəricilərinə görə, cəmi gəlirləri 25,005% və ya 6 milyon 464 min 624,13 manat  azlaraq 25 milyon 852 min 906,95 manat təşkil edib. 

"Fins.az"xəbər verir ki, bu barədə "Meqa Sığorta" ASC-nin 2021-ci ilə dair maliyyə hesabatında məlumat verilir.

Məlumata görə, 2021-ci ildə şirkətin  xalis mənfəəti 1 milyon 807 min 50,44 manat azalaraq 3 milyon 920min 118,10 manat təşkil edib. 

"Meqa Sığorta" ASC-nin cəmi aktivləri hesabat dövrünün sonuna olan göstəricilərə görə  50 milyon 247 min 332,72 manat təşkil edib ki, 5 milyon 820 min 440,64 manat  və ya 13,1 % artımın göstəricisidir. Şirkətin uzunmüddətli maliyyə aktivləri ilin əvvəlinə nisbətən 234 min 67,25 manat və ya 0.20% azalaraq 11 milyon  578 min 543,68 manat olub. 

"Meqa Sığorta" ASC-nin 2021-ci il ərzində cəmi öhtəlikləri 2020-ci ilə nisbətən 3 milyon 435 min 626,12 manat və ya 9.01% artaraq 21 milyon 502 min  933,51 manata çatıb.  

Sığorta şirkətinin İştrak payı metodu ilə uçota alınmış investisiyaları hesabat dövrünə olan göstəricilərə əsasən ilin əvvəlinə nisbətən 312 min 500 manat və ya 2.8% artaraq 11 milyon 312 min  500,00 manat təşkil edib. "Meqa Sığorta" ASC-nin cəmi kapitalı ilin əvvəlinə nisbətən  2 milyon 384 min 814,52 manat  və ya 9.04%artaraq 28 milyon 744 min 399,21 manat təşkil edib.