SIĞORTA

23 Fevral

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə bu qurum arasında memorandum imzalanıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılan “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” (Mərkəz) publik hüquqi şəxs arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Agentlikdən "Fins.az"-a verilən məlumata görə, sənədi Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və Mərkəzin İcraçı direktoru Tamerlan Tağıyev imzalayıb.

Məlumata görə imzalanma mərasimində İqtisadiyyat naziri Mikayıl Cabbarov, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov iştirak ediblər.

Memorandum çərçivəsində rəqəmsal səhiyyə platformasının yaradılması, səhiyyənin rəqəmsallaşması sahəsində birgə təşviqat proqramlarının həyata keçirilməsi, Dördüncü Sənaye İnqilabının yaratdığı imkanların səhiyyə sektorunda tətbiqi və yeni texnologiyaların səhiyyə sahəsinə inteqrasiya imkanlarının araşdırılması üzrə birgə əməkdaşlıq nəzərdə tutulub.

Mərkəzin beynəlxalq tərəfdaşlarla səhiyyə sahəsində mövcud olan təcrübələrinin öyrənilməsi və Agentliyə ötürülməsi, birgə elmi konfransların təşkili və elmi məqalələrin hazırlanması da həyata keçiriləcək