SIĞORTA

23 Fevral

“Bakı Sığorta”-nın səhmdarları toplanır

“Bakı Sığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
“Fins.az”xəbər verir ki, bu barədə ASC-nin elanında məlumat verilir.
Məlumata görə,“Bakı Sığorta” ASC-nin 11 aprel 2022-ci il saat 11:00-da Bakı şəhəri, Nəsimi rayon, Bülbül prospekti 62 ünvanında yerləşən “Gülüstan Residence” Kompleksinin 2 saylı binasının 3-cü mərtəbəsində cəmiyyətin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Bildirilir ki, yığıncağın gündəliyinə 2021-ci ilin yekunları üzrə maliyyə hesabatlarının təsdiq edilməsi və digər məsələlər daxildir.