Niftiyev Yalçın Sakit oğlu A-Qroup sığorta ASC-nın Direktorlar Şurasının qərarı ilə şirkətin İdarə heyəti sədr müavini, Baş tibb inzibatçısı vəzifəsinə təyin edilmişdir.
Qeyd edək ki, Y.S.Niftiyev 2012-2021-ci illərdən bu sığorta şirkətinin Tibbi sığorta departamentinin rəhbəri kimi çalışırdı. 11 iyun 2021-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankın tərəfindən keçirilən Sığortaçıların rəhbər işçisi vəzifəsinə təyinatı üçün tələb olunan attestasiyadan uğurla keçdiyindən sonra İdarə heyətinin üzvü vəzifəsinə yüksəlmişdir.
A-Qroup sığorta şirkəti Niftiyev Yalçına yeni vəzifəsində və peşəkar fəaliyyətində uğurlar arzu edir!