SIĞORTA

29 Sentyabr

131 manat sığorta haqqı ödəyib 3 780 manat ödəniş aldı - VİDEO

İsmayıllı rayonunun Mücü-həftaran kəndinin sakini Arif Niftaliyev cəmi 131 manat ödəyərək özünün 4 hektarlıq üzüm bağının yarısını – 2 hektarını aqrar sığorta vasitəsilə sığortalayıb. Fermerin göstərdiyi məhsuldarlığı nəzərə alaraq buradan yığılan məhsulun ümumi məbləği 4 200 manat müəyyən edilib. 

İyun ayında yağan dolu üzüm sahəsini tamamilə korlayıb və fermerə böyük zərər dəyib.

Aqrar Sığorta Fonduna müraciətdən sonra hadisə araşdırılıb, dəyən zərər müəyyən edilib və sığorta məbləğindən 10% azadolma məbləği çıxılaraq fermerə 3 780 manat ödəniş verilməsi qərara alınıb. 

Yeri gəlmişkən, yağan dolu bütün bağa zərər vurub və əgər bağ bütünlüklə sığortalansaydı, fermer ikiqat artıq ödəniş ala bilərdi.

Aqrar sığorta ilə məhsulunuzu və gəlirlərinizi qoruyun, zəhmətiniz yerdə qalmasın...