SIĞORTA

28 Sentyabr

Azərbaycanın sığorta şirkəti BMT-nin xeyriyyə aksiyasında iştirak edib - FOTO

AZSIĞORTA BMT-nin “Uşaq əməyinin istismarına qarşı mübarizə” çərçivəsində layihələrin həyata keçirilməsinə dair Azərbaycan Sığortaçılar Assosiasiyasının təşəbbüsünə qoşularaq təşkil etdiyi xeyriyyə aksiyasında iştirak edib. Aksiya çərçivəsində aztəminatlı ailələrin və uşaq sığınacaqlarındakı məktəblilərin tədris ləvazimatları tədarük edilib.

Sözügedən xeyriyyə layihəsi çərçivəsində sığorta şirkətlərinin ianələri əsasında toplanmış məbləğ qarşılığında alınan məktəbli ləvazimatları 3 sığınacaq, 1 əlil uşaqlar üçün reabilitasiya mərkəzi və 26 aztəminatlı ailənin uşaqları olmaqla, ümumilikdə 120 məktəbli uşağa hədiyyə edilib.

Qeyd edək ki, bu günə olan hesabata görə, dünyada hazırda 160 milyona yaxın uşağın əməyi istismar edilir. Məhz bu məqsədlə də BMT 2021-ci ili “Uşaq əməyinin istismarının aradan qaldırılması ili” elan edib. Təşkilatın bu istiqamətdə başlıca hədəfi 2025-ci ilə qədər uşaq əməyinin istismarının qarşısının tamamilə alınması yönündə layihələrin mütəmadi olaraq həyata keçirilməsidir.