SIĞORTA

24 Sentyabr

Sığorta şirkətinin sədr müavini 47 yaşında vəfat etdi - FOTO

Bu gün “Xalq Həyat” sığorta şirkətinin İdarə Heyətinin sədr müavini Yusifzadə Aqşin Mehralı oğlu koronavirus xəstəliyindən həyatını itirib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Kikboksinq Federasiyası məlumat yayıb.

47 yaşlı Y.Aqşin 14 gün idi ki, 1 Nömrəli Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicə alırdı.

Qeyd edək ki, ölkəmizin ilk kikboksinq ustalarından biri, ağır çəkidə dəfələrlə respublika çempionu, 1990-cı illərin sonu 2000-ci illərin əvvəli AKF-nin Milli Komandasının üzvü olan A.Yusifzadə 2009-cu ildə İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Kikboksinq üzrə dünya çempionatında ikinci olub.