Bu ilin yanvar-avqust aylarında Azərbaycanda qeyri-həyat sığortası üzrə 319,666 milyon manat sığorta haqqı toplanılıb.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası üzrə ödənişlərin məbləği isə 147,091 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 48% çoxdur.