Bu ilin yanvar-avqust aylarında Azərbaycanda icbari sığorta üzrə ümumilikdə 181,767 milyon manat sığorta haqqı toplanılıb.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,65% çoxdur.
Hesabat dövründə icbari sığorta üzrə ödənişlərin məbləği isə 82,122 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 87 % çoxdur.
Yanvar-avqust aylarında icbari sığorta üzrə toplanmış hər 100 manat sığorta haqqının 45,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 27 manat olub.