SIĞORTA

21 Sentyabr

Yeni sığorta platforması təqdim olunub

Böyük Britaniyanın Concirrus sığorta şirkəti IoT texnologiyalarından istifadə edərək yeni bir sığorta platforması istifadəyə verib.

Fins.az xəbər verir ki, Inshurtech Concirrus sığortaçıların yeni rəqəmsal əməliyyat modellərinə keçidini sürətləndirmək, yeni məhsullar yaratmaq və xərcləri azaltmaq üçün hazırlanmış yeni sığorta platformasını təqdim edib.

Xüsusilə, Concirrus bu təklifin geniş IoT texnologiyalardan istifadə edərək biliklərin rəqəmsallaşdırılmasına və risk təhlili və iş proqnozları üçün süni intellekt modellərinin qurulmasına kömək edəcəyini bildirilib.