SIĞORTA

16 Sentyabr

Ləğv prosesində olan sığorta şirkətinin 4 mənzili təkrar hərraca çıxarılır

Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil, onların ümumilikdə  hərrac qiyməti olan 1.750.000 (bir milyon yeddi yüz əlli min) manatdan 10% aşağı olmaqla, yəni 1.575.000 (bir milyon beş yüz yetmiş beş min ) manata təkrar (II) açıq hərraca çıxarılıb.

 “Standard Insurance”ın Ləğvetmə komissiyasından Fins.az-a verilən məlumata görə, təkrar hərrac  “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən  21 sentyabr 2021-ci il tarixində saat  11:00-da Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək.  

Təkrar hərracda iştirak üçün 78.750 (yetmiş səkkiz min yeddi yüz əlli)  manat məbləğində beh, hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək ödənilməlidir.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb.

 Daşınmaz əmlak növü

Ünvanı

Ümumi sahəsi

 Hərrac qiyməti

AZN

Təkrar

hərrac qiyməti

AZN

Beh

AZN

Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20

56.6 м²

1 750 000

1 575 000

78 750

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49

46.5м²

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50

52.7 м²

Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65

114.7 м²

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən  əldə etmək münkündür:

//e-herrac.com/advertisement/dasinmaz-emlak/menzil/tekrar-herracin-kecirilmesine-dair-elan

Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə  satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.