SIĞORTA

15 Sentyabr

İcbari tibbi sığorta agentlikdə aparılan yoxlamalara münasibət bildirdi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Hesablama Palatasının bu qurumda yoxlama aparması barədə yayılan məlumatlara münasibət bildirib.

Fins.az xəbər verir ki, qurumdan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Hesablama Palatası tərəfindən 2021-ci ilin aprel-iyun ayları ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində audit yoxlaması aparılıb. Yoxlama Agentliyin 2019 və 2020-ci illər üzrə fəaliyyətini əhatə edib.

Xatırladaq ki, bəzi kütləvi informasiya vasitələrində Hesablama Palatası tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində yoxlamalar aparılması barədə məlumatlar yayılmışdı.