SIĞORTA

06 Sentyabr

Dollar üzrə 1% depozit məhsulu

 "PAŞA Həyat Sığorta" şirkətinin yeni məhsulu ilə dollar depoziti üzrə illik 1% gəlir əldə edə biləcəksiniz.

Belə ki, PAŞA Həyat-ın “Gəlirli Həyat Sığortası” məhsulu üzrə Kapital Bank filiallarında bir il müddətində depozit yerləşdirə bilərsiniz. Bir ilin sonunda isə depozitiniz 1% artacaq.

Bu məhsul unikal şərtlərlə həm dollar ilə gəlir əldə etmək, həm də həyatınızı sığortalamaq üçün əla imkan yaradır. Minimal depozit məbləği sadəcə 100$-dır.

Məhsuldan faydalanmaq və ya ətraflı məlumat almaq üçün "Kapital Bank" filiallarına yaxınlaşa və ya "PAŞA Həyat Sığorta"nın (012) 942 nömrəsinə zəng edə bilərsiniz.