SIĞORTA

01 Sentyabr

Sığorta şirkətinin İH-nin sədri: Əhalinin sığorta mədəniyyəti yüksələn kimi..

Fins.az “Atəşgah” SŞ-nin İdarə Heyətinin Sədri Azər Əliyevin müsahibəsini təqdim edir: .

– Azər bəy ilk öncə özünüz haqqında biraz məlumat verə bilərsinizmi? Necə oldu ki, Siz sığorta sahənisə gəldiniz?

Hər vaxtınız xeyir. Təsvir etmək biraz uzun olacaq, lakin qısaca olaraq deyə bilərəm ki, orta məktəbdə oxumuşam, hüquq akademiyasını bitirmişəm, əsasən neft və sığorta sahəsində çalışmışam. 2006 cı ildən etibarən isə sırf sığorta sahəsində fəaliyyət göstərirəm. Nisbətən ətraflı məlumatı “Atəşgah” SŞ-nin rəsmi internet səhifəsindən əldə edə bilərsiniz.

Sığorta sahəsində fəaliyyət göstərməyə təsadüfən başladım. İlk vaxtlar mütəxəssis kimi çalışırdım, daha sonra isə İdarə Heyətinin sədri səviyyəsinədək yüksəldim.

– Bildiyimiz kimi “Atəşgah sigorta” illərdir ki, ölkəmizdə uğurla fəaliyyət göstərir. Bəs belə müvəffəqiyyətli olmağınızın sirri nədir?

– Bu çox sadədir. Biz sevdiyimiz işlə məşğul olub, işimizə professional yanaşaraq hər bir müştərimizin fikrinə dəyər veririk və sığorta fəaliyyətindən başqa heç bir işlə məşğul deyilik. Bu il, Şirkətimizin fəaliyyətinin 25 ili tamam olur və bu müddət ərzində müştərilərimizə 200 mln. manatdan artıq ödəniş etmişik. Mən bu rəqəmlə fəxr edirəm!

– Bəs Atəşgahın hal-hazırdakı və gələcəkdəki strategiyaları nələrdir?

 “Atəşgah” SŞ-nin strategiyasının əsas istiqamətləri mikrosığortanın inkişafı və əhaliyə daha çox  sərfəli, əlçatan məhsullar təqdim etməkdir.

Növbəti istiqamət- müştərilərlə əlaqələrin hər bir səviyyəsində insan təması olmadan, informasiya texnologiyalarından istifadə etməklə sığorta xidməti göstərməkdir. Məqsədimiz- bu istiqaməti satışdan başlayıb, tənzimləmədə davam edib, ödənişlərdə bitirməkdir.

İşçi personalının investisiyasına, güclü işçi kadrının hazırlanması və onların peşəkarlılığının artırılmasına da mühüm önəm verilir.

Və ən əsası bu ilin sonlarında “Atəşgah” SŞ-nin ESG transformasiya strategiyasına keçidi elan edilmişdir. “Atəşgah” SŞ dayanmadan artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət,rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı,işğaldan azad olunmuş ərazilərə qayıdışı, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi yaratmaq konsepsiyasına uyğun olaraq ESG-transformasiyasını tətbiq edən ilk sığorta şirkəti olacaqdır!

– “Atəşgah sigorta” hazırda sigorta agentleri ile hansı şərtlər ilə əməkdaşlıq edir və gələcəkdə necə etmeyi planlayır?

 “Atəşgah” SŞ 2010 cu ildən etibarən sığorta agentləri ilə aktiv çalışır. Biz agentlər üçün akademiya açan ilk Şirkət olmuşuq. Bu akademiyada sığorta məhsullarının satışıını öyrənmək arzusunda olan minlərlə insan təhsil alıb.

O zamanlar əsas sığorta məhsulu Avtomobillərini Nəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası (ANVSMMİS) idi. Lakin illər keçdikcə bu məhsul zərərli olmağa başladı və Biz dərhal biliyimizi, savadımızı və təlimlərimizi digər məhsullara yönləndirdik. Bu, ilk öncə daşınmaz əmlakın icbari sığortası (DƏİS) daha sonra könüllü mikro məhsullar oldu.Bu gün bu istiqamətdə biz artıq  yüksək potensial və yaxşı nəticə görə bilirik.

Təəssüf ki, bü gün baş verən dəyişikliyi təcrübəsi olan hər sığorta agenti anlamır və yalnız ANVSMMİS məhsulunu satmağa davam edir.

– Nədən sigorta məhsullarının bazara təqdimi zəifdir? Nə üçün bazara daha çox sigorta məhsulu gətirilmir?

– Razı deyiləm. Sığorta bazarında kifayət qədər sığorta məhsulları vardır. Sadəcə olaraq zəif təbliğat və sığorta mədəniyyətinin aşağı olması səbəbindən bu məhsulların böyük hissəsinə tələbat yaranmır. Əhalinin sığorta mədəniyyəti yüksələn kimi, yeni məhsulların alışına tələbat da yüksələcək.

–  Bir rəhbər kimi sığorta bazarının gələcəyini necə düşünürsünüz?

Parlaq və perspektivli

– Sizcə hansı ideallar reallaşsa sığorta bazarı daha aktiv ola bilər?

Mövcud qanunvericiliyə bəzi düzəlişlər edərək sığortanın məqsədəuyğunluğunun və vacibliyinin təbliğatına başlamaq lazımdır. Bundan sonra bir çox şey yaxşı istiqamətə dəyişəcək.

Sonda sığorta sahəsində işləmək istəyən gənclərə məsləhətiniz nədir?

Oxumaq, oxumaq və yenə də oxumaq. Məsləhət görürəm ki, Azərbaycan Sığortaçılar Assosiyasına (ASA) müraciət etsinlər, çünki bizdə sığorta sahəsinin baza biliklərini öyrədən təlim mərkəzi mövcuddur. Bu təlimlər sığorta şirkətlərində təcrübə keçməyə və iş sahibi olmağa köməklik göstərəcəkdir.

– Sığorta növləri və ümumi sığorta fəaliyyətləri haqqında ətraflı məlumat almaq üçün veb saytımıza daxil ola bilərsiniz. Hər gün daha inkişaf etmiş cəmiyyət olmaq məqsədi ilə addımlar atırıq. Sığorta xidmətlərinin nə qədər vacib olduğunu izah etmək, üçün ən son məlumatları və xəbərləri daxil edirik. Faydalanmaq istədiyiniz sığorta növləri haqqında ətraflı məlumat əldə etmək üçün saytımıza nəzər yetirə bilərsiniz. Saytımız vasitəsi ilə eyni zamanda həm fərdi həm korporativ sığorta növləri ilə tanış ola və bütün suallarınıza dərhal cavab ala bilərsiniz. Bizim saytımızın köməyi ilə şəxsi pensiya və həyat sığortası ilə bağlı maraqlandığınız bütün suallara cavab tapa bilərsiniz

Sığorta Azərbaycan