Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyata keçirilmiş 301,179 milyon manat sığorta ödənişinin 265,871 milyon manatı və yaxud 88,3%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" ASC (156,591 milyon manat), Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 340,992 milyon manat), eləcə də "PAŞA Sığorta" (35,114 milyon manat), "Atəşgah Həyat Sığorta" (21,044 milyon manat) və “Xalq Sığorta” (12,13 milyon manat) ASC-lərdir.