Cari ildə ölkəmizin iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən bir çox iri şirkətin tender sorğusunda qalib olan “PAŞA Sığorta” şirkəti daha 2 tenderin qalibi olub. “Coca-Cola Azərbaycan” şirkətinin tibbi sığorta üzrə həyata keçirdiyi tender sorğusunda şirkət rəqibləri arasında ən uyğun təklifi verməklə qalib olmuşdur. Eyni zamanda, səhiyyə sahəsində logistik xidmətlər üzrə fəaliyyət göstərən “Swissmed Service” MMC tərəfindən könüllü tibbi sığorta üzrə keçirilmiş tender sorğusunda ən uyğun seçim kimi “PAŞA Sığorta” şirkəti təyin edilərək xidmət üzrə işlər şirkətə həvalə edilmişdir.
Qeyd etmək istərdik ki, hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.