Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz əməkdaşlarının tibbi sığortalanması üzrə açıq tender keçirir.
Fins.az xəbər verir ki, tender proseduru 22 sentyabr 2021-ci il saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.
Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün ərizə;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri, bank rekvizitləri;
- iddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək hüququ verən xüsusi razılığın (lisenziyanın) və könüllü tibbi sığorta növü üzrə müvafiq qaydada təsdiq olunmuş qaydaların surəti;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
- iki nüsxə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (Tender təklifi 03 noyabr 2021-ci il tarixədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);
- iddiaçının son 1(bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;
- iddiaçının tibbi sığorta fəaliyyəti sahəsində ən azı 3 (üç) il təcrübəsinin olması barədə məlumat;
- sığorta qanunvericiliyinə uyğun olaraq onunla əlaqəli şəxs olmayan və ya iddiaçı üzərində əhəmiyyətli nəzarəti həyata keçirməyən ən azı 2 (iki) korporativ müştəri tərəfindən verilən tövsiyə məktubu;
- tenderin Əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumatlar.
İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 21 sentyabr 2021-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 13 sentyabr 2021-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasında Tender komissiyasının əlaqələndirici şəxsinə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
İştirak haqqı 300 (üç yüz) manatdır. Tenderdə iştirak haqqı Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına köçürülməlidir:
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
Hesab: AZ25NABZ01701190000000001944
Müxbir hesabı: AZ74NABZ01451700000000001944
S.W.I.F.T. BIK: NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Xidmətin göstərilməsinə başlanma vaxtı: 27.11.2021-ci il tarixdən.
Xidmətin göstərilməsi müddəti: 1 (bir) il müddətində.
Qiymətləndirmə amilləri: qiymət və texniki amillər.
Tenderdə iştirak etmək istəyən sığortaçılar iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasında Tender komissiyasının əlaqələndirici şəxsindən Azərbaycan dilində tərtib edilmiş tenderin Əsas şərtlər toplusunu əldə edə bilərlər.
Tender üzrə əlaqələndirici şəxs:
Elvin Şirdanov (Hüquq departamenti). Telefon: 493-11-22 (428).
Aynurə Salihova (İnsan resursları departamenti). Telefon: 493-11-22 (225).