SIĞORTA

09 Avqust

Azərbaycanda ləğvetmə prosesində olan sığorta şirkətinin səhmdarlarının yığıncağı olacaq

Ləğvetmə prosesində olan “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti elan edir ki, səhmdarların növbədənkənar Ümumi Yığıncağını çağırıb

Fins.az xəbər verir ki, bu barədə şirkətin  Dövlət Vergi xidmətinin yayımladığı elanında məlumat verilir.

Məlumata görə, yığıncaq 07 sentyabr, saat 10:00 da, Bakı şəhəri Fətəli Xan Xoyski 40 ünvanında keçiriləcək. Ümumi Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir: 1. Ləğvetmə prosesində olan “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalını təşkil edən səhmlərin dövriyyədən çıxarılması. Növbədən kənar Ümumi Yığıncağın gündəliyi üzrə materiallar ilə aşağıdakı ünvana və telefon nömrəsinə müraciət etməklə tanış olmaq olar: Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski 40 Telefon: 012 4483311

Müəllif:Aynur Qəniyeva