“İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə müvafiq olaraq “A-Qroup Sığorta Şirkəti” ASC İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının iştirakçılarının reyestrinə daxil edilib.
Fins.az xəbər verir ki, iştirakçı sığortaçılarla İcbari Sığorta Bürosu arasındakı qarşılıqlı münasibətlər, o cümlədən sığortaçının Büronun fəaliyyətindəki iştirakı, onun qarşısındakı hesabatlılığı, məlumatların təqdim edilməsi və digər məsələlər müvafiq qanunvericilik və Büronun nizamnaməsinə uyğun olaraq aparılır.
Xatırladaq ki, sığortaçının istənilən sığorta növü üzrə fəaliyyət göstərməsi üçün Sığorta Fəaliyyəti Haqqında və İcbari Sığortalar Haqqında qanunun tələblərinə bağlı olaraq nəzarət orqanı tərəfindən icazə verilməldir.