“Qala Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.
Fins.az xəbər verir ki, yığıncaq 30.08.2021-ci il tarixdə, saat 16:00-da Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, 221-ci məhəllə ünvanında yerləşən baş ofisində keçiriləcəkdir.
İclasın gündəliyi:
Cəmiyyətin Direktorlar Şurasına müstəqil üzvün seçilməsi barədə;
İclasda iştirak edən səsvermə hüququna malik səhmdarların yekdil razılığı ilə sair məsələlər.
Səhmdarlar ümumi yığıncağının gündəliyi üzrə materiallarla “Qala Sığorta” ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, 221-ci məhəllə ünvanında yerləşən baş ofisində tanış ola bilərlər.